AK İspaniyada enerji kəsintisini hərtərəfli araşdıracaq

30-04-2025, 10:44           
AK İspaniyada enerji kəsintisini hərtərəfli araşdıracaq
Avropa Komissiyası (AK) İspaniyada elektrik enerjisinin kəsilməsi ilə bağlı hərtərəfli araşdırma aparmaq niyyətindədir.

Bu barədə Avropanın enerji və mənzil-məişət məsələləri üzrə komissarı Den Yorgensen “X” sosial şəbəkəsində bildirib.

“Avropa Komissiyası İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi ilə bağlı hərtərəfli təhqiqata başlayacaq”, – avropalı rəsmi yazıb.

Daha əvvəl Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu qurumun aprelin 28-də elektrik enerjisinin verilişində kütləvi kəsintilərə səbəb kimi kiberhücum olmasını istisna etdiyini təsdiqləyib və böhranın bütün nəticələrini və mənşəyini öyrənəcəklərinə söz verib.

Avropa Komissiyasındakı mənbənin jurnalistlərə verdiyi məlumata görə, İspaniya və Portuqaliyada baş verən qəza Aİ enerji insidentlərinin ən yüksək – üçüncü ciddilik kateqoriyasında təsnif edilir. Bu o deməkdir ki, AK altı ay ərzində bu hadisənin səbəbləri və bütün təfərrüatları barədə ətraflı hesabat təqdim etməli olan İspaniya və Portuqaliyadan olan şəbəkə operatorları da daxil olmaqla ekspertlər panelini toplamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru