İŞİD terrorçuları sosial şəbəkədə növbəti qalmaqallı paylaşımlarında birini ediblər.
ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması üzvləri tvitter mikrobloqunda olan səhifələrində Qətər Krallığı ailəsinə aid lüks villain ələ keçirdikləri barədə məlumat yayıblar.
Suriyada olan villanı zəbt edən terrorçular oranı qərargah olaraq isitifadə edirlər.
Sözügedən villa 2009-cu ildə inşa edilib və Qətər əmirinin anası Əmira Mozehinin şərəfinə Mozeh sarayı adlandırılır.
Villanın ustaları onu Qətər əmirinin Londondakı evi ilə oxşar üslubda tikiblər.