Ukrayna kəşfiyyatının rəhbəri istefaya göndərildi – Təcili
18-06-2015, 16:03
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenkonun istefaya getməsi haqqında sənəd Ali Rada tərəfindən qəbul edilib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Mətbuatın məlumatına görə, prezidentin təqdim etdiyi sənədi 248 deputat dəstəkləyib.
Qeyd edək ki, dünən mətbuata açıqlama verən Nalivayçenko Rusiyanın ukraynalı rəhbər şəxslər barəsində gizli sənəd hazırladığını bildirmişdi. O bu siyahıda öz adının da olduğunu və Moskvanın onu Ukrayna hökumətində görmədiyi şəxslər siyahısında ikinci yerə yerləşdirdiyini söyləmişdi.