Sabah Ermənistanın müdafiə naziri İrana səfər edəcək

30-01-2017, 00:35           
Sabah Ermənistanın müdafiə naziri İrana səfər edəcək
Sabah Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə İRNA agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb. Səfər çərçivəsində Tehranda iki ölkənin müdafiə nazirləri arasında görüş keçiriləcək. V. Sərkisyanın səfərində məqsəd İran və Ermənistan arasında müdafiə sahəsində məsləhətləşmələri davam etdirməkdir.

Səfərin gündəliyinə Tehran və İrəvan arasında ikitərəfli və regional əlaqələri möhkəmləndirmək də daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru