Trampın Britaniya səfərinə qarşı yüz minlərlə imza

30-01-2017, 09:15           

Donald Trump-ın immiqrasiyanı məhdudlaşdıran sərəncamından sonra yüz minlərlə adam Prezident Trump-ın səfərinə qarşı petisiyanı imzalayıb.

Petisiya 350 000-dən çox imza toplayıb deyə onun Parlamentdə müzakirəsi mümkündür.

Rəsmi səfərin planlaşdırıldığı, Theresa May-in ABŞ-a səfəri zamanı elan olunub, lakin hələ səfərin nə vaxt baş verəcəyi bilinmir.

Downing Street sözçüsü səfərin ləğv olunmasına çağırışlara münasibət bildirərkən deyib: “Biz dəvət etdik və dəvət qəbul olundu”.

Britaniyanın müxalifətçi siyasətçiləri hakimiyyəti dəvətə görə kəskin tənqid edib.

London meri Sadiq Khan deyib ki, prezidentin sərəncamı qüvvədə qalarkən bu səfər baş tutmamalıdır.

Theresa May və Donald TrumpTheresa May bu həftə Prezident Trump ilə görüşüb və mətbuat konfransı zamanı deyib ki, cənab Trump Birləşmiş Krallığa səfərə dəvət olunub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru