Fransa sosialistlərinin “müsəlman namizədi” –"Bilal"

30-01-2017, 09:18           
Fransa sosialistlərinin “müsəlman namizədi” –"Bilal"
Qarşıdakı prezident seçkilərində Fransa Sosialist Partiyasının namizədlərindən biri deyib ki, rəqib sağçı partiyalar tərəfindən ona verilən müsəlman ləqəbi ilə fəxr edir.

Strateq.az xəbər verir ki, sosialist Benua Amon miqrasiya siyasətində tutduğu mövqeyə görə "Bilal" adı alıb.

Parisin şərq hissəsində tərəfdarları ilə keçirdiyi görüş zamanı Benua Amon yerli KİV-lərə açıqlamasında deyib: "Mən Bilal, eləcə də Elicahand David adları ilə çağırılıram və bununla qürur duyuram. Sağçılar isə müsəlman və yəhudi adları ilə məni cırnatmaq istəyirlər".

Sosialist namizəd, sabiq baş nazir Manuel Valsın da iştirak etdiyi praymerizdə ona qalib gəlməyə ümid edir. B.Amona digər ləqəbləri ilə bərabər, "Fransanın Berni Sandersi" deyə xitab edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru