Əsəd öldü – Şok iddia
30-01-2017, 14:33

Suriya Prezidenti Bəşər Əsədin iflic olması barədə yayılan xəbərlər getdikcə öz təsdiqini tapır. Artıq bir neçə nüfuzlu agentlik Əsədin səhhətinin pisləşidiyini bildirir.
Axar.az xəbər verir ki, Suriya lideri 4 gün əvvəl Dəməşqdə yerləşən Meşfe əl Şam xəstəxanasına yerləşdirilib.
Suriya rejiminə yaxın “Əl Həyat” qəzeti Əsədin yüksək təzyiqinin olduğunu, bu səbəbdən görmə qabiliyyətini demək olar itirdiyini yazıb.
Əl-Cəzirə telekanalının jurnalisti Faysal Qasım isə bir qədər də qabağa gedərək Bəşər Əsədin komaya düşdüyünü və ya öldüyünü iddia edib. Star-ın məlumatına görə, jurnalist bu barədə Tvitter hesabında yazıb.
Rejimin Xarici İşlər Nazirliyi Əsədin səhhəti ilə bağlı yayılan xəbərləri təkzib edir.
Ancaq Yeni Şəfəq-ə danışan bəzi qaynaqlar prezidentin hazırda xəstəxanada, ciddi həkim nəzarətində olduğunu deyib. Əsədin ölməsi barədə isə heç bir dəqiq məlumat yoxdur.