Avstriyada hicab və çadra qadağan edildi
31-01-2017, 09:32

Avstriya hökuməti təhlükəsizliyin təmin edilməsi məqsədilə yeni qərarlar qəbul edib. Qəbul edilən yeni qərarlardan biri də qadınlara ictimai yerlərdə örtülü geyinmək yasaqlanıb.
Bu barədə Avstriya xarici işlər naziri Sebastyan Kurts bildirib. Onun sözlərinə görə, hicaba və çadraya bürünən qadınlar ictimai yerlərdə olarlarsa, bu şübhəli məqamlardandır.
“Ötən il dövlət əhəmiyyətli tədbirdə bir neçə çadralı qadın iğtişaş törətmişdilər. Sonradan məlum oldu ki, onlar İctimai Demokrat Partiya tərəfindən təyin olunmuş şəxslərdir. Bu səbəbdən də, ictimai yerlərdə dinindən və irqindən asılı olmayaraq, qadınların örtülü geyinməsi qadağan edilir”, - deyə Sebastyan Kurts bildirib.
Yeni qanunlara görə, çadralı və hicablı qadınlar həmçinin dövlət müəssisələrində, məhkəmə orqanlarında, polisdə çalışa və həmin məntəqələrə daxil ola bilməzlər. Örtülü geyimdə olan qadınlar dövlət müəssisələrinə daxil olarkən mütləq ya geyimlərini çıxartmalıdırlar. Bundan başqa, hava limanına da örtülü geyimdə girmək olmaz.
Bildirilir ki, yeni qanun həm də terrorçuluqla mübarizə sahəsində önəmli vasitədir. İŞİD və digər terror təşkilatlarının üzvlərinin ölkəyə daxil olmasının qarşısını almaq üçün bu birinci vasitələrdən biridir.
Ölkə.az