Kanada kürd terrorçulara görün nə bağışladı – Foto

31-01-2017, 12:13           

Kanada hökuməti YPG terrorçularına zirehli avtomobillər göndərilməsi barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, hazırda əsas qərargahı Kanadada yerləşən və dünyanın 8 ölkəsində fəaliyyət göstərən İAG adlı şirkət bir neçə avtomobili Suriyaya göndərib.

Təşkilat mənsublarının sosial şəbəkələrdə yaydığı fotoşəkillərdə bahalı avtomobillər görüntülənib.

İAG Qardian APC adlanan bu avtomobillər Qərb ölkələrinin müasir döyüş texnikasında mühüm yer tutur. Avtomobil 10 hərbçi daşımaqla bərabər, 360 dərəcə dönə bilən pulemyotla təchiz olunur. Avtomobil yanğınsöndürmə sistemi, monitorlu termal görüntüləmə, müşahidə kameraları, uzun mənzilli işıqlar, VHF və HF rabitə sisteminə malikdir.

İAG Qardian avtomobillərinin içi mina partlayışlarına qarşı xüsusi hazırlanıb.

İAG şirkəti 21 il əvvəl Kanadada yaradılıb. Bu şirkətin ABŞ, İngiltərə, BƏƏ, Cənubi Afrika, Bolqarstan, Pakistan və Türkiyədə satış ofisləri var.

Şirkətin istehsal etdiyi zirehli avtomobillər NATO ölkələrində istifadə edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru