Yəməndə hakimiyyətə qarşı İranın dəstəyi ilə döyüşən husilər Səudiyyə Ərəbistanının döyüş gəmisini ölkənin qərb sahillərində raketlə hədəf alıblar. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, İranın dəstək verdiyi husilər ölkənin qərb sahilindəki liman şəhəri Hudayda sahillərində olan gəmini raketlə vurublar. Görüntüləri sosial şəbəkədə paylaşılan hücumda atılan raketin hədəfə çatmasıyla gəminin alova büründüyü əksini tapıb. Səudiyyə Ərəbistanı “terror” hücumu olaraq qiymətləndirdiyi hadisədə iki əsgərinin öldüyü haqda məlumat yayıb. Çətin günlərini yaşayan Yəmən hazırda faktiki olaraq üç hissəyə bölünmüş vəziyyətdədir. Ölkənin şərqi, orta seqmentləri ilə Aden və Taizi də əhatə olunmaqla cənub-qərb şəhərlərinə Abdurabbu Mənsur Hadi nəzarət edir. Ölkənin qərbi az qala tamamilə İranın dəstəklədiyi husilərin əlindədir. Bu iki qrup 2015-ci ilin mart ayından bu yana döyüşürlər.