Məşhur bank 600 milyon avro cərimələndi – Rusiyanın «çirkli pullarını yuduğuna» görə

31-01-2017, 22:41           
Məşhur bank 600 milyon avro cərimələndi – Rusiyanın «çirkli pullarını yuduğuna» görə
Almaniyanın nəhəng banklarından «Deutsche Bank» 600 milyon avro cərimə ödəyəcək.

Buna səbəb bankın Rusiyada «çirkli pulların yuyulmasında» iştirakıdır.

İstintaq məlumatlarına görə, rus müştərilər bankın Moskva və London filialları vasitəsilə 10 milyard dollara yaxın pul «yuyublar».

«Deutsche Bank»ın Nyu-Yorkdakı Maliyyə Xidmətləri Departamentindən (DFS) bildiriblər ki, bu üsuldan bir neçə ildir istifadə olunub.

İş materiallarında o da qeyd olunur ki, şübhəli müştərilər rus şirkətlərinin səhmlərini Moskvada rublla alıblar, elə həmin gün London filialı vasitəsi ilə dollarla satıblar.

DFS-in rəhbəri Mariya Vullo bildirib ki, bu sazişlər iqtisadi cəhətdən məqsədəuyğun olmayıb və bu səbəbdən də «çirkli pulların yuyulması» ilə bağlı şübhələr yaranıb.

Üstəlik bank bu qeyri-şəffaf sazişlərin bağlanılması ilə ABŞ sanksiyalarını yarmış olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru