ABŞ-da ŞOK — Trampa görə 5 yaşlı uşağın əlləri qandallandı

1-02-2017, 00:49           

Ölkə.Az xəbər verir ki, yeni prezidentinin fərmanına görə, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları 90 gün ərzində ABŞ-a buraxılmamalıdırlar. ABŞ-ın 45-ci prezidentinin son qurbanı isə İran əsilli Amerika vətəndaşı, 5 yaşlı oğlan uşağı olub.

Ailəsiylə birlikdə ABŞ-a girişinə icazə verilməyən uşaq Vaşinqotnda Dulles hava limanında 5 saat əlləri qandallı şəkildə saxlanılıb. O, sərbəst buraxıldıqdan sonra gözüyaşlı anası tərəfindən sakitləşdirilib.

Hadisə görənləri çox təsirləndirib. Bu acı mənzərə bir çox telekanallar vasitəsilə yayımlandırılıb. Məsələyə Ağ Evin sözçüsü Şon Spayser də münasibət bildirib. O, soyuqqanlı şəkildə bunun adi prosedura olduğunu deyib.

“Yaş və cinsiyyətinə görə birinin təhlükə yaratmayacağını düşünmək yanlış fikirdir. Birinin sərhədlərimizi aşaraq bizə zərər verə biləcəyi zamanı bilmirik. Prezident ən qısa zamanda ölkəni qorumağı və təhlükəsiz vəziyyətə gətirməyi qarşısına mıəqsəd qoyub”, - deyə Şon Spayser bildirib.

Qeyd edək ki, Trampın bu tipli addımları isə dünyada birmənalı qarşılanmır. Siyasətçilər hesab edirlər ki, belə qəzaralar Trampın ABŞ-ı müdafiə sistemində saxlaması ilə əlaqədardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru