İŞİD-ə unudulmaz zərbə — “üçüncü” lider məhv edildi

1-02-2017, 09:40           
İŞİD terror qruplaşmasının liderlərindən biri, təşkilatın başçısı Əbu Bəkr əl-Bağdadiyə yaxın olan Abdulla Yusif adlı lider öldürülüb.

Ölkə.Az-a bildirib ki, terrorçuların rəhbəri Mosulun qərbində məhv edilib. “Tass” Agentliyinin verdiyi məlumata görə, Əbu Bəkr əl-Xatuni ləqəbi ilə tanınan və İŞİD terror təşkilatında "üçüncü" şəxs hesab edilən Abdulla Yusif Təll-Əfar şəhəri ərazisində xüsusi əməliyyat zamanı öldürülüb.

Qeyd edək ki, Abdulla Yusif 2016-cı ilin 17 oktyabrında Mosuldakı əməliyyatlara qoşulub. Bir çox terror aktlarının təşkilində xüsusi rolu olub. Onun ABŞ qırıcılarının Mosulu bombardıman etdiyti zaman məhv edildiyi bildirilir.

Xatırladaq ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın əmrilə Mosulda İŞİD terrorçularına qarşı əməliyyatlara Amerika hərbçiləri də qoşulub. Bu sərəncamdan sonra ABŞ qırıcılarının bombardımanı zamanı İŞİD terrorçularının çoxlu sayda canlı qüvvəsi və məkanları darmadağın olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru