PKK ASALA ilə birləşib – MKİ-nin şok sənədləri

1-02-2017, 19:10           
PKK ASALA ilə birləşib – MKİ-nin şok sənədləri
PKK və erməni ASALA terror təşkilatları 1980-ci illərdə Türkiyəyə qarşı ittifaq yaradıblar.

Axar.az xəbər verir ki, bu barədə informasiya ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ictimaiyyət üçün açıq elan etdiyi yeni sənədlər içərisində yer alıb. 1984-cü ilin yanvarına aid “Erməni Gizli Ordusu” adlı sənəddə ASALA haqqında bütün məlumatlar yer alıb. İki terror təşkilatının ittifaq qurması haqqında məlumatlar sənədin “Təşkilatın dəyişən taktikaları və təşkilatçılığı” bölməsində yer alıb:

“ASALA PKK ilə ittifaqa girib. 1980-ci ilin noyabrında ASALA PKK ilə Fransanın Strasburq şəhərindəki Türkiyə Konsulluğuna hücum təşkil edib”.

1985-ci il 26 avqust tarixli sənəddə isə MKİ PKK-nın xüsusi erməni birlikləri hazırladığı haqqında məlumat verib:

“1984-cü ilin yazında PKK öz döyüşçüləri, kürd və sol qruplardan xüsusi qrup yaradıb. Böyük ethimalla bu qrupa bəzi erməni döyüşçülər də daxil edilib. Bu qrup HRK adlandırılıb. PKK struktur baxımından erməni təşkilatlarını özünə model olaraq seçib. Buna görə də şiddətdən psixoloji təsir yaratmaq üçün istifadə edirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru