ABŞ-da təlim zamanı təyyarə hərbçilərə atəş açıb, ölən və yaralanan var

2-02-2017, 02:59           
ABŞ-da təlim zamanı təyyarə hərbçilərə atəş açıb, ölən və yaralanan var
ABŞ-ın Nyu-Meksiko ştatında hərbi təlimlərdə bədbəxt hadisə baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus "Hollaman" bazasında qeydə alınıb.

Hərbi təyyarənin səhvən hərbçilərə açdığı atəş nəticəsində 1 əsgər ölüb, daha 1-i yaralanıb.

İnsidentin səbəbləri araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.