Quterreş BMT nəzdində terrorizmə qarşı idarənin yaradılmasını təklif edib
23-02-2017, 09:10
BMT baş katibi Antoniu Quterreş təşkilat nəzdində terrorizmə qarşı idarənin yaradılmasını təklif edib
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, o, bunu BMT Baş Assambleyasının iştirakçıları ilə görüşündə deyib.
A.Quterreş BMT baş katibinin yeni müavinin başçılığı ilə terrorizmə qarşı idarənin yaradılması təşəbbüsü ilə çıxış edib. “Təklif edilən qurum BMT Təhlükəsizlik Şurasının strukturlarının işinə müdaxilə və nəzarət etməyəcək, hər hansı ölkənin suverenliyinə toxunmayacaq. Hazırda bizim məqsədimiz BMT-yə üzv ölkələrlə terrorizmə qarşı yeni tərəfdaşlıq qurmaqdır. Bugünkü terror çağırışına dərhal cavab vermək mütləqdir”, deyə A.Quterreş qeyd edib. Baş katib BMT-yə üzv ölkələrdən təklifə iki həftə müddətində rəy bildirməyi xahiş edib
Qeyd edək ki, hazırda BMT-də Təhlükəsizlik Şurasının terrora qarşı komitəsi fəaliyyət göstərir. Qurum ABŞ-da 11 sentyabr 2001-ci ildə törədilən terror aktından sonra təsis edilib.