Nazir Salehi:"İran ABŞ bazarlarına kürü ixracına başlayıb"

23-02-2017, 10:21           

Amerika bazarlarına İrana məxsus ilk kürü məhsulu çıxarılıb.

Strateq.az "Mehr News"a istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini və İran Balıqçılıq Təşkilatının rəhbəri Həsən Salehi deyib.

Nazirin sözlərinə görə, son dövrdə ölkədə 1,5 ton kürü və 600 ton nərə balığı əti istehsal edilib və bu rəqəmlərin müvafiq olaraq 3 ton və 1 tona çatdırılması gözlənilir.

6-cı beşillik Milli İnkişaf Planında hədəflər 10 ton kürü 10 ton nərə balığı əti istehsalıdır.

H.Salehi ötən həftə ABŞ bazarlarına İranın ilk kürü məhsulunun çıxarıldığını bidirib. "Amerikaya kürü ixracatında fasilə olmasına baxmayaraq, Şimali Amerikada yeni və böyük bazar formalaşır".

O vurğulayıb ki, 2015-ci ildə 350 milyon dollar dəyərində məhsul ixracı yaxın dövrdə 380 milyon dollara çatdırılacaq.

Həsən Salehinin sözlərinə görə, İranın balıqçılıq məhsulları üçün əsas ixrac istiqamətləri Avropa, Cənub-Şərqi Asiya, Xəzəryanı və Avrasiya dövlətləri, eləcə də Fars körfəzi və Yaxın Şərq ölkələridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.