Müntəziri həbs olundu

23-02-2017, 10:51           
Müntəziri həbs olundu
İranın tanınmış dini xadimi Əhməd Müntəziri həbs edilib.

BBC xəbər verir ki, məhkəmə Müntəzirini 11 il azadlıqdan məhrum edib.

Qeyd edək ki, Müntəziri ötən il İran-İraq müharibəsindən sonra gerçəkləşən kütləvi edamlarla əlaqəli gizli səsyazmaları sosial şəbəkələrdə yaydığına görə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Əhməd Müntəziri İran İslam İnqilabının rəhbəri Ayətullah Xomeyninin canişini Ayətullah Müntəzirinin oğludur. Ayətullah Müntəziri 1988-ci ildə İranda siyasi məhbusların kütləvi edamlarına etiraz etdiyinə görə hakimiyyətdən uzaqlaşdırılmış və ömrünün sonuna qədər ev dustağı vəziyyətində saxlanılmışdı.

1988-ci ildə İran Xalq Mücahidləri Təşkilatına qarşı kütləvi hücumlar başlanmışdı. İran hakimiyyəti üçün əsas təhdid olaraq bilinən təşkilat üzvləri bütün ölkə ərazisində təqib və həbs edilmişdilər. İran-İraq müharibəsində onların böyük bir hissəsi edam edilmişdi. Rəsmi mənbələrə görə, kütləvi edam edilənlərin sayı 4500 nəfər olmuşdu. Bəzi mənbələr isə bu sayın 30000 nəfərə qədər çata biləcəyini iddia ediblər. Müntəziri o zaman olanları insanlığa qarşı cinayət adlandırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.