Rusiyada azərbaycanlı diaspor rəhbəri həbs olundu

23-02-2017, 16:01           
Rusiyada azərbaycanlı diaspor rəhbəri həbs olundu
Rusiyanın Moskva vilayətində azərbaycanlı diaspor rəhbəri həbs olunub.
APA-nın” Life”-a istinadən verdiyi məlumata görə, Moskva Vilayəti azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayev dələduzluq ittihamı dünən saxlanılıb. Məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarıb.
Bildirilir ki, yanvar ayında Q. Ağayevə qarşı mənimsəmə ittihamı ilə cinayət işi açılıb. Onun 2015-ci ildə 600 min rubl məbləğində büdcə vəsaitini mənimsədiyi deyilir.
Qeyd olunur ki, Q. Ağayev “Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə” qrantı çərçivəsində Rusiya Təhsil Nazirliyi tərəfindən “Russkiy mir” fonduna ayrılan 600 min rubl məbləğində pul alıb. Həmin vəsaitlə o, azərbaycanlı və türkiyəli məktəbliləri Rusiyaya gətirməli və ekskursiya təşkil etməli imiş.
Bizimxeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru