General Danford:"Pentaqon Rusiya ordusundan güclüdür və ruslar da bunu bilir"

23-02-2017, 23:26           

"Rusiya ilə münasibətlər Moskva ilə dostluqda ittiham edilən Donald Trampın hakimiyyətə gəlişinə qədər də Krımın ilhaqı ilə bağlı gərgin idi".

Strateq.az "Fars News"a istinadla xəbər verir ki, bunu ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Brukinqs İnstitutunda görüşü zamanı deyib.

General C.Danfordun sözlərinə görə, Rusiyanın Krımı ilhaq etməsi və Suriyaya müdaxuiləsi ötən əsrin 80-ci illərindəki köhnə siyasətin davamıdır.

Dunford deyib: "Əlbəttə, Amerikanın hərbi qüdrəti rus ordusundan daha güclüdür. Mən bu üstünlüyə inanıram. Əminəm ki, onlar da bunu bilir".

"ABŞ NATO üzrə müttəfiqləri qarşısında öhdəliklərini yerinə yetirir və etibarımız ləkələnməyib", – deyə C.Dandord əlavə edib.

General Danford bildiruib ki, İranın davranışında heç bir yenilik yoxdur. "Tehranın Suriya, Livan, İraq və regionun digər ölkələrində təsirini görmək mümkündür".

Cənubi Çin dənizindəki gərginlikdən danışarkən o deyib: "Çin də, Rusiya kimi, öz hərbi qüdrətini gücləndirir".

General C.Danford İŞİD-lə mübaizəyə dair D.Trampın xüsusi plan hazırlamaq barədə tapşırığından da danışıb.

ABŞ hərççisi deyib: "Pentaqonun bu məsələ ilə bağlı bir neçə seçəncəyi var və onlar prezident trampa təqdim olunub, indi seçim onundur".

O bildirib ki, Pentaqonun rəyinə görə, İŞİD və digər transmilli terrorist qrupların tərkibində döyüşmək üçün 120 ölkədən 45 min adam Suriyaya və İraqa gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru