Pentaqon: ABŞ-ın xəbərdarlığına baxmayaraq, İran siyasətini dəyişməyib

24-02-2017, 09:35           

İran, Vaşinqtonun “rəsmi xəbərdarlığına” məhəl qoymayaraq, regiondakı davranışını dəyişməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cosef Danford Brukinqs İnstitutunda çıxışı zamanı bildirib.

“Mən İranın hərəkətlərində heç-bir dəyişiklik görmədim. Mənim fikrimcə İran, ilk növbədə, bütün regionda zərərli təsirin yayıcısıdır”, - deyə general bildirib.

“Biz onların Suriyada, Livanda, İraqda və digər ölkələrdəki mənfi təsirini görürük. Son bir ayda mən heç bir dəyişiklik müşahidə etməmişəm”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru