6 ölkə BMT-də səsvermə hüququndanməhrum edildi

24-02-2017, 18:18           

Üzvlük haqqını ödəmədiyi üçün 6 ölkə BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilib.

Quruma ən çox borcu olan ölkə Venesueladır. 24 milyon dollarlıq borcu ödəməsə, ölkənin səsvermədə iştirakı bərpa olunmayacaq.

Digər 5 ölkə səsvermə hüququndan 2017-ci ilin oktyabrına – BMT Baş Assambleyasının 71-ci sessiyasına qədər məhrum edilib. Bunlar Sudan, Liviya, Kabo Verde, Papua-Yeni Qvineya və Vanuatudur.

BMT baş katibi Antoniu Quterriş bildirib ki, bu ölkələr borclarını iki il ərzində qaytarmaq öhdəliyi götürsələr, səsvermə hüquqları bərpa olunacaq.

Üzvlük haqqı hər bir ölkə üçün fərqlidir. /Azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru