Riqa hava limanında BƏƏ-nin Latviyadakı səfirini hicabı çıxarmağa məcbur ediblər
24-02-2017, 19:13
Birləşmiş Ərəb Əmirlikləri Riqa hava limanı əməkdaşları tərəfindən müsəlman ənənələrinə və BƏƏ-nin ölkədəki yeni səfiri Hənanə Həlfanə Übeydə Əli əl-Mədəninin diplomatik immunitetinə hörmətsizlik göstərilməsi ilə əlaqədar Latviya Xarici İşlər Nazirliyinə nota ünvanlayıb.
SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, səfir Latviyaya gəldiyi zaman hava limanı əməkdaşları ondan islami geyimi və hicabı çıxarmasını tələb ediblər. Əl-Mədəni bunu yalnız qadınların iştirakı ilə edə biləcəyini bildirib.
Hava limanının əməkdaşları isə diplomat üçün bu imkanı yaratmayıblar, üstəlik qadının ünvanına təhqiramiz ifadələr səsləndiriblər.
Hazırda Latviya XİN işin bütün təfərrüatlarını aydınlaşdırır.