Bu gün Ağ Evdə əvvəldən elan edilən mətbuat konfransına gedən bəzi müxbirlər qapıda sürprizlə qarşılaşıb.
Bəzi mətbuat orqanlarının müxbirləri konfransın keçiriləcəyi salonun qapısından içəri buraxılmayıb. Qapı arxasında qalan nüfuzlu mətbu orqanlar arasında “New York Times” və CNN kimi media nəhəngləri də var. Onlara bir daha Ağ Evdəki mətbuat yığıncaqlarına buraxılmayacaqları bildirilib.
“Politico”, BBC, “Los Angeles Times”, “Buzzfeed Times” da Ağ Evin sözçüsü Sean Spicerin keçirdiyi mətbuat konfransına buraxılmayanlar arasındadır. Ağ Evin bu qərarına cavab olaraq girişinə icazə verilən bəzi media nümayəndələri etiraz üçün yığıncağa qatılmayıb. “Associated Press” və “Time”ın əməkdaşları da qərara etiraz edərək, konfransa qatılmayıblar.