Dəhşətli partlayış: səkkiz nəfər...

25-02-2017, 10:16           
Dəhşətli partlayış: səkkiz nəfər...
Suriyanın Əl-Bab şəhərində daha bir partlayış törədilib.

Bu dəfəki partlayış daha səkkiz nəfərin həyatına son qoyub. Onlarla yaralının olduğu deyilir. Yaralılar maşınlarla Türkiyə sərhədinə, oradan da Kilis Dövlət Xəstəxanasına gətirilib. Bu ana qədər xəstəxanaya gətirilənlərin sayı 40-ı ötüb. Yaralı sayının durmadan artdığı xəbər verilir.

Yaşanan gərginlikdən sonra həm Türkiyə xəstəxanasında, həm də sərhəd xəttində təhlükəsizlik tədbirləri gücləndirilib.

Hücuma görə məsuliyyəti hələ üzərinə götürən olmasa da, bütün şübhələr İŞİD-ə yönəlib.

Xatırladaq ki, bir neçə saat bundan əvvəl İŞİD terror qruplaşmasının Əl-Bab şəhərinin Susyan kəndində törətdiyi partlayış nəticəsində 60 dinc sakin həyatını itirmiş, ən azı 100 nəfər yaralanıb.

Mənbə:İstiPress












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru