4 dollara smartfon istehsal edən şirkətin rəhbəri həbs edildi

25-02-2017, 12:55           
4 dollara smartfon istehsal edən şirkətin rəhbəri həbs edildi
Hindistan polisi qiyməti 4 dollar olan və dünyanın ən ucuz smartfonunu istehsal edən “Ringing Bells” şirkətinin rəhbərini fırıldaqçılıqda şübhəli bilərək saxlayıb.

İKT.lent.az-ın BBC telekanalına istinadən məlumatına görə, Moxit Qoel bir distribütorun ödəniş etdikdən sonra məhsulu ala bilməməsi ilə bağlı şikayət etməsindən sonra saxlanılıb.

Polisdən bildiriblər ki, daha bir neçə vasitəçidən “Ringing Bells” şirkətinə qarşı şikayətlər əldə ediblər.

Qiyməti 251 rupi və ya 4 dollar olan “Freedom 251” smartfonu barədə “Ringing Bells” şirkəti 2016-cı ilin fevral ayında elan verib. Elə həmin aydan başlayaraq cihaza sifarişlərin qəbuluna başlanıb, ilk tədarük isə iyun ayında baş tutub.

BBC qeyd edib ki, “Ringing Bells” biznes modeli ilə bağlı bir çox suallar yaranıb. Bundan başqa, sistemi maliyyə piramidasına bənzəyən "Pontsi" investisiya modelindən istifadədə də şübhəli bilirdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru