Son dəqiqə: Suriyada Bəşər Əsəd ordusuna aid kəşfiyyat mərkəzləri partladıldı – Hərbi təhlükəsizlik qurumunun rəhbəri general-mayor Həsən Dabul və 30-dan çox zabit öldü
25-02-2017, 18:46
Suriyanın Humus şəhərində Bəşşar Əsəd rejiminin iki təhlükəsizlik mərkəzinə hücum təşkil olunub. Avropa.info türk mətbuatına istinadən xəbər verir ki, hücumlarda çox sayda insanın öldüyü və yaralandığı bildirilib. Rejim mediasında yer alan xəbərlərə görə, Humus rayon mərkəzinin Quda və Əl Mahatta bölgələrindəki iki təhlükəsizlik mərkəzinə hücum həyata keçirilib. Humus valisi Talal əl Barazi bombalı hücum nəticəsində 32 nəfərin öldüyünü, 24 nəfərin yaralandığını bildirib. Humus Xəbər Mərkəzi isə aralarında Əsəd ordusunun hərbi təhlükəsizlik qurumunun rəhbəri general-mayor Həsən Dabulun da olduğu çoxlu sayda yüksək rütbəli zabitin öldüyünü iddia edib. Yerli qaynaqlar təhlükəsizlik mərkəzlərindən birinin hərbi, digərinin mülki kəşfiyyat mərkəzi olduğunu bildirib. Hücumu üzərinə götürən “Dəməşqi Azadetmə Heyəti” qruplaşması (Heyət Təhrir Şam ) sosial media üzərindən verdiyi bəyanatda, hücumun Vaer, İdlib və Dəməşqdəki rejim hücumlarına cavab olduğunu bildirib.