Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək

26-02-2017, 18:58           

Sabah Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə yekun qərar qəbul edəcək.

APA-nın məlumatına görə, bu məsələ Avropa İttifaqı Şurasının fevralın 27-də keçiriləcək iclasının gündəliyinə salınıb.

Qərar martın sonlarında qüvvəyə minəcək. Ukraynaya münasibətdə viza rejiminin liberallaşdırılması ilə bağlı müzakirələr fevralın 28-də davam etdirilməlidir. Avropa Parlamentində səsvermədən və Avropa İttifaqı Şurasının təsdiqləməsindən sonra Ukrayna vətəndaşları üçün vizasız rejim bir neçə ay sonra qüvvəyə minəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru