Tramp onu nazir qoymaq istədi… –O isə imtina etdi

27-02-2017, 10:14           
Tramp onu nazir qoymaq istədi… –O isə imtina etdi
ABŞ-ın Hərbi-Dəniz Qüvvələri naziri postuna namizəd olan Filip Bilden vəzifədən imtina edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

“Bu, onun şəxsi səbəblərlə bağlı olan öz qərarıdır. Beləliklə, biz digər namizədləri nəzərdən keçirməli olacağıq”, – deyə C.Mettis bildirib.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Şon Spayser ehtiyatda olan kəşfiyyat zabiti, iş adamı Filip Bildenin namizədliyini geri götürəcəyi ilə bağlı yayılan məlumatları təkzib edirdi.

Fevralın 15-də ABŞ prezident Donald Trampın əmək naziri postuna namizədliyini irəli sürdüyü Endryu Pazder bu təklifdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru