"Ya blokadanı qaldırın yada....." -Separatçılar ultimatum verdilər

27-02-2017, 21:11           
"Ya blokadanı qaldırın yada....."  -Separatçılar ultimatum verdilər
Donetsk və Luqansk “xalq respublikaları”nın (“DXR” və “LXR”) başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski Kiyevə ultimatun verib.
Separatçı liderlər mart ayının 1-nə kimi Donbasın blokadasına son verilməyəcəyi halda bölgədə olan bütün Ukrayna müəssisələrinin “respublikalar”ın hüquq sahəsinə keçəcəyini bildirib.
“Biz Ukraynaya kömürün çatdırılmasını dayandıracağıq. Kömürün çatdırılması üçün nə imkan, nə də ödəniş sxemi var”, – deyə separatçı liderlərin birgə bəyanatında deyilir.
Aleksandr Zaxarçenko və İqor Plotnitskinin sözlərinə görə, Donbasda dəmiryol yollarının blokadası Minsk razılaşmalarına ziddir.
“Biz bütün istehsal proseslərini yenidən quracağıq. Onları Rusiya və başqa ölkələrin bazarına yönəldəcəyik. Məhz bu, “respublikalar”ımızın bəyannamələrində birinci proqram xarakterli vədlərimizdən biri idi”, - “DXR” və “LXR” başçıları yekunlaşdırıblar.
Zaxarçenko isə KİV-ə açıqlamasında bildirib ki, məhz indi “DXR” və “LXR” tərəfindən Ukraynanın blokadası başlanıb:
“Biz daha onlara kömür satmayacağıq. Biz Ukraynaya kömür satmaqda maraqlı deyilik. Bölgədə olan bütün Ukrayna müəssisələri “respublikalar”ın hüquq sahəsinə keçəcək. Bura bütün müəssisələr aiddir, stadionlar, mehmanxanalar və sair. Xüsusi struktur yaradılacaq. Bu müəssisələr Rusiya Federasiyasına yönəldiləcək”.
Onun sözlərinə görə, “DXR”in büdcəsinin 70 faizini milliləşdirilmiş müəssisələr doldura biləcək. “DXR”in başçısı qeyd edib ki, müəssisələrin başqa satış bazarlarına yenidən istiqamətləndirilməsi üçün ən azı 1-2 ay gedəcək.(Publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru