Pentaqon 21-ci əsrin «gözəgörünməz»ini göstərdi - FOTO

27-02-2017, 22:23           
Pentaqon 21-ci əsrin «gözəgörünməz»ini göstərdi - FOTO
ABŞ Hərbi Hava Qüvvələri özünün futuristik B-21 uzaqmənzilli bombardmançısının konsept təsvirini açıqlayıb. Hava gəmisi «Northrop Grumman» korporasiyası tərəfindən hazırlanacaq.

Hərbi Hava Qüvvələrinin katibi Deborah Lee James cümə günü Orlandoda keçirilən simpoziumda deyib ki, B-21 ABŞ-ın qitə ərazisindən dünyanın istənilən nöqtəsinə zərbə endirmək imkanı verəcək.

Bildirilir ki, hava gəmisinin hələlik heç bir prototipi mövcud deyil.

Uzaqmənzilli Zərbə Bombardmançısı (LRS-B) kimi tanınan B-21 hərbi təyyarəsi ABŞ HHQ-nin XXI əsrdə ilk bombardmançısı hesab olunur.

HHQ katibi D.L.James həmçinin B-21-in B-2 stels bombardmançısına bənzərliyini qeyd edib. B-2 də «Northrop Grumman» şirkəti tərəfindən hazırlanıb.

B-21 proqramı bu yaxınlarda mühəndislik və istehsal mərhələsinə daxil olub. HHQ hava gəmisini 2020-ci ilin ortalarında təqdim etməyi planlaşdırır.(azadlıq.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru