Təyyarə yaşayış evlərinin üzərinə düşüb - 1 nəfər ölüb, 5 nəfər yaralanıb - VİDEO

28-02-2017, 09:50           
Təyyarə yaşayış evlərinin üzərinə düşüb - 1 nəfər ölüb, 5 nəfər yaralanıb - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yüngülmotorlu təyyarə yaşayış evlərinin üzərinə düşüb.
teref.az yazır ki, TASS agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Riversayd şəhərindən San-Xoseyə uçan "Cessna 310” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 4 nəfər olub.
Üzərilərinə təyyarə düşən iki fərdi yaşayış evində yanğın başlayıb. Sonra alov yaxınlıqdakı tikililərə keçib. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri müəyyənləşdirilir. Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi araşdırma aparır.
[media=https://www.youtube.com/watch?v=8lPo5eH89xQ]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru