İsrail ərəbləri öz NATO-larını yaratmağa çağırdı və İranı hədəf göstərdi

1-03-2017, 00:18           
İsrail ərəbləri öz NATO-larını yaratmağa çağırdı və İranı hədəf göstərdi
İsrail Səudiyyə başda olmaqla, ərəb ölkələrini öz NATO-larını yaratmağa çağırıb.

«Die Welt»in yazdığına görə, bu çağırışı İsrailin müdafiə naziri Aviqdor Liberman edib.

“Yaxın Şərqdəki bütün mötədil qüvvələrin açıq şəkildə öz formal ittifaqlarını yaratmalarının vaxtı çatıb. Mötədil sünni dövlətləri başa düşürlər ki, onlar üçün əsas təhlükə İsrail və sionizm yox, İrandır», deyə Liberman bildirib.

İsrailli nazirin sözlərinə görə, yeni ittifaqın müttəfiqləri həm müsəlman, həm də xristian ölkələri ola bilər:

“Gerçək koalisiyanın öhdəlikləri də gerçək olmalıdır. NATO-ya baxın! Alyansın əsasını prinsiplər təşkil edir. Bir ölkə təhlükədədirsə, qurumdakı bütün ölkələr onu müdafiə etməyə hazır olur».

Liberman onu da deyib ki, İsrail bu istiqamətdə ərəb ölkələrinə dəstək verə bilər. Məsələn, ordularını modernləşdirmək baxımından.

“Mötədil ərəb dövlətlərinin İsrailə ehtiyacı daha çoxdur, nəinki İsrailin onlara», deyə Liberman əlavə edib.azadliq.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru