Prezidentin çıxışı zamanı insident- Snayper atəş açdı, 2 nəfər xəsarət aldı (VİDEO)

1-03-2017, 00:25           

Fransa prezidenti Fransua Ollandın çıxışı zamanı insident yaşanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ərazini mühafizə edən snayper-polis təsadüfən atəş açıb və nəticədə 2 nəfər xəsarət alıb.

Hadisə prezidentin Fransanın qərbində yeni sürət qatarlarının təqdimatı ilə bağlı iştirak etdiyi tədbirdə baş verib.

«Europe1» radiosunun məlumatına görə, atəş snayper bir yerdən başqa yerə keçmək istəyərkən açılıb.

"Ümid edirəm ki, qorxulu heç nə olmayıb», deyə Olland atəş səsindən sonra bildirib.
[media=https://www.youtube.com/watch?v=h4-GN1Na2T0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru