Əminə Məhəmməd BMT baş katibinin birinci müavini vəzifəsinin icrasına başlayıb

1-03-2017, 09:27           

"BMT-nin yeni rəhbərliyi yalnız təşkilata üzv ölkələrlə daha sıx işləmək niyyətində deyil, həm də bu prosesdə iştirak və ona başçılıq etmək niyyətindədir.

"Report" BMT Radiosuna istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatı baş katibinin birinci müavini vəzifəsinin icrasına başlayan Əminə Məhəmməd Nyu-Yorkda jurnalistlər qarşısında çıxış edərkən deyib.

O, yeni rəhbərliyin prioritet vəzifələrini də qeyd edib. Baş katibin birinci müavini yoxsulluğa qarşı mübarizəni, gənclər üçün imkanların yaradılmasını və gender bərabərliyini birinci dərəcəli vəzifə adlandırıb.

Qeyd edək ki, Əminə Məhəmməd bu vəzifəyədək Nigeriyanın ətraf mühit naziri vəzifəsinin səlahiyyətlırini icra edirdi. O, əvvəllər Nigeriya prezidentinin müşaviri olub, həmçinin Nyu-Yorkda Kolumbiya universitetində dərs deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru