Putin “veto”su ilə Əsədi xilas etdi

1-03-2017, 09:34           
Putin “veto”su ilə Əsədi xilas etdi
Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında Suriya ilə bağlı qətnamə layihəsinə “veto” qoyub.

Sənəd kimyəvi silahdan istifadə edən Suriya hökumətinə qarşı sanksiyanın tətbiqini nəzərdə tuturdu.

Rusiya ilə yanaşı, Çin və Boliviya da qətnamə layihəsini dəstəkləməyib.

Sənədin leyhinə Şuranın 9 üzvü səs verib. Misir, Qazaxıstan və Efiopiya isə səsvermədə iştirakdan imtina edib.

Qətnamə layihəsində Suriya hökumətinin 21 üzvünün sanksiya siyahısına daxil edilməsi, Suriyaya silah satışının məhdudlaşdırılması tələb olunurdu.

Sənədin müəllifləri Britaniya və Fransa idi. Sonradan ABŞ-da onlara dəstək vermişdi.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qətnamənin qəbulunun Suriya ilə bağlı danışıqları iflic vəziyyətə salacağını bəyan etmişdi.

azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.