Tramp İŞİD-i Yer üzündən silməyi planlaşdırır – PENTAQON BUNUN ÜÇÜN XÜSUSI PLAN HAZIRLAYIR

1-03-2017, 10:11           

ABŞ prezidenti Donald Tramp bu gün Konqresdə çıxışı zamanı İŞİD-lə mübarizədə İslam dünyasındakı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini vəd edəcək. teref.az-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin Trampın çıxışından dərc etdiyi parçalarda deyilir.
“Bu düşməni yer üzündən silmək üçün biz, müsəlman ölkələr arasındakı dost və müttəfiqlərimizlə çalışacağıq”, – deyə mətndə deyilir.
“Vədimə əməl edərək, Müdafiə Nazirliyinə İŞİD-in məhv edilməsi planı hazırlamağı tapşırmışam”, – deyə Tramp əlavə edib.
Onun sözlərinə görə, “İŞİD – dinindən asılı olmayaraq kişi, qadın və uşaqları qətlə yetirən vəhşilərdən ibarət qanunsuz qruplaşmadır”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru