İranda inkassatora hücum - 22 yaşlı qadın saxlanıldı

1-03-2017, 13:52           

İranda inkassator maşınından pul oğurlanıb. Trend-in məlumatına görə, hadisə ötən həftə Tehran şəhərində baş verib.

İranın "Pasarqad" bankına məxsus inkassator maşına biri qadın olmaqla 3 nəfərlik dəstə yolda hücum edib. Dəstə üzvləri "Kalaşnikov" avtomatları ilə sürcünü hədələyərək 900 milyon tümən (təxminən 250 min ABŞ dolları) pul aparıblar.

Polisin keçiridiyi əməliyyat çərçivəsində onlar İranın şimalında Lahican şəhərində atışma nəticəsində təslim olublar. Atışma zamanı dəstənin 22 yaşlı qadın üzvü yaralanıb və hazırda xəstəxanada.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru