NASA-dan şok: Kaliforniyanın şimalı su altında qalır
2-03-2017, 09:46
ABŞ-ın San Yoaqin vadisinin yeraltı sularının fəallaşması Kaliforniya ştatının şimalını su altında qoyacaq.
Axar.az xəbər verir ki, bu barədə NASA kosmosdan görüntülər əldə edib və artıq ştatın şimalının təhlükə ilə qarşı-qarşıya qaldığını bildirib.
Kaliforniyanın San Yoaqin vadisində yeraltı suların quraqlıq zamanı kənd təsərrüfatı üçün həddindən artıq istifadə edilməsi bəzi bölgələrdə çöküntülərə səbəb olub. Bu çöküntülər Kaliforniyada körpü və yolların da ziyan görməsi ilə nəticələnib.
NASA-nın kosmosdakı peyklər üzərindən əldə etdiyi görüntülər də təhlükənin miqyasını ortaya qoyub.
Qeyd edilir ki, milyonlarla insan və infrastrukturlar təhlükə altındadır.