Marixuana istehsalı ABŞ-da işsizlik problemini həll edəcək!
2-03-2017, 09:50

Amerika Birləşmiş Ştatlarında (ABŞ) bəzi qüvvələr ölkədəki işsizlik problemini marixuana istehsalı hesabına həll etmək təklifini irəli sürür.
«New Frontier Data» araşdırmaçı şirkəti bəyan edib ki, bütün ştatlarda marixuana istehsalının leqallaşdırılması 2020-ci ilə qədər ABŞ-da 300 minə yaxın yeni iş yerinin açılmasına imkan verərdi.
Ötən həftə isə Ağ Evdə işarə vurublar ki, marixuananın leqallaşdırıldığı ştatlar barəsində qətiyyətli tədbirlər görülə bilər.
Amma ekspertlər hesab edirlər ki, ABŞ-da işsizlik üzrə yeni hesabatın açıqlanması marixuananın leqallaşdırılması məsələsində hökumətin fikrini dəyişdirə bilər.
Məlumat üçün bildirək ki, hazırda ABŞ-da marixuananın qramı 5-8 dollara, Niderlandda 8-15 dollara, Almaniyada 8 dollardan yuxarı, Hindistanda 2-10 dollara satılır.
Araşdırmaçı şirkətin hesabatına görə, marixuana istehsalı ilə əlaqəli sahələrdə iş yerlərinin sayı sənaye sektorundakı rəqəmi üstələyir. Bundan başqa, əgər bu istehsal inkişaf etdirilərsə, 2020-ci ilə qədər ölkədə 300 minə yaxın yeni iş yeri açmaq olar. Bu proqnoz yalnız marixuananın leqallaşdırıldığı ştatlara əsaslanır.
ABŞ-da 20-yə yaxın ştatda marixuanadan istifadəyə görə, cinayət məsuliyyəti ləğv olunub, Kolorado və Vaşinqton ştatları isə onu tamamilə leqallaşdırıb.
Kolorado marixuananın leqallaşdırıldığı ilk ştatdır. Bundan bir il sonra ştatda 20 minə yaxın iş yeri açılıb. Bununla eyni vaxtda, köməkçi biznes sahələri üçün şərait də xeyli yaxşılaşıb.AzPolitika.info//