Ermənistanın baş nazirindən sensasion bəyanat – “Qarabağda 100-dən çox əsgərimiz ölüb”

2-03-2017, 20:23           
Ermənistanın baş nazirindən sensasion bəyanat – “Qarabağda 100-dən çox əsgərimiz ölüb”
Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə qalmaqallı çıxış edib.

teref.az Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə "Joxovurd” qəzeti yazıb. Onun sözlərinə görə, aprel müharibəsi zamanı ordunun yanacaqla problemi yaranıb. Bu üzdən hərbi texnika işləməyib. Məlum olub ki, dizel yanacağını kerosinlə qatışdıraraq bazarda satırlarmış.
"Aprel müharibəsi günlərində hərbi texnikamız bu səbəbdən işə düşmədi. Baş verənlərə satqınlıqdan başqa ad vermək olmaz. Məhz bu fırıldaqçılıq üzündən texnikamız işləmədi, 100-dən çox itki verdik. Təbii olaraq ortaya sual çıxır, bu faktlarla bağlı bu günədək cinayət işi qaldırılmayıb. Ümumiyyətlə, məlum deyil bütün bunlara görə kim cavab verəcək” – baş nazir belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru