Hüsnü Mübarəkə bəraət verilib

3-03-2017, 09:37           
Hüsnü Mübarəkə bəraət verilib
Misir Yüksək Apelyasiya Məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkin 2011-ci ildəki etiraz nümayişləri zamanı nümayişçilərin ölümündə günahsız olduğuna qərar verib. Məhkəmədən verilən açıqlamada Mübarəkin bəraət etdiyi bildirilib.

Məlum olduğu kimi, Mübarək 6 il əvvəl paytaxt Qahirədəki etiraz nümayişləri zamanı 800-dən çox adamın ölümündə günahkar bilinirdi. Bu etiraz nümayişləri nəticəsində Mübarək istefa vermək məcburiyyətində qalmışdı.

Apelyasiya iddiası 2015-ci ilin noyabr ayında başlamış, ancaq 88 yaşındakı Mübarəkin sağlamlıq problemləri səbəbindən məhkəmə təxirə salınmışdı. Misirin keçmiş lideri Mübarək sağlamlıq problemləri ilə bağlı Qahirədə hərbi xəstəxanada tutulur.

Mübarək məhkəmə başlanandan bəri ilk dəfə prosesə qatılıb. O, məhkəmə zamanı günahsız olduğunu bildirib. Yekun nəticədə, Yüksək Apelyasiya Məhkəməsinin qərarının qəti olduğu və etiraz şikayətinin verilmə imkanı olmadığı bildirilib.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru