"FED martın 15-də uçot dərəcəsini artıracaq"

4-03-2017, 10:00           
"FED martın 15-də uçot dərəcəsini artıracaq"
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq.

"APA-Economics"-in xəbərinə görə, bu barədə FED-in rəhbəri Canet Yellen bildirib.

"Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq”, deyə C.Yellen vurğulayıb.

Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.