Millət vəkili qadınları təhqirinə görə cəzalanacaq

4-03-2017, 07:03           
Millət vəkili qadınları təhqirinə görə cəzalanacaq
Avropa Parlamentinin (AP) polşalı üzvlərindən Janusz Korvin-Mikkenin qadınlar haqqında dediyi sözlər başına bəla açıb.

Onun “qadınlar daha zəif, daha kiçik və ağlı daha az olduqları üçün kişilərdən daha az qazanmaları lazım” sözləri ilə bağlı təhqiqat prosesi başladılıb.

Avropa Parlamentinin rəhbərliyi milliyyətçi Korvin-Mikkenin sözlərinin təşkilatın qaydalarını pozub-pozmadığı ilə bağlı istintaq aparacaq.

Sosialist və Demokratlar qrupu “utandırıcı” sözlərinə görə Korvin-Mikkenin cəzalandırılması üçün AP-nin sədri Antonio Tajaniyə çağırış edib.

AP qaydalarına görə təhqir, irqçilik və ya xarici düşmənlik yayan söz və ya davranışlar qadağan edilir.

Öz qurduğu partiyadan müstəqil millət vəkili olan Korvin-Mikki daha əvvəl də AP tərəfindən cəzaya məhkum edilmişdi. Keçən il o, 10 günlük ödənişinin kəsilməsi (3 min 06 Avro) cəzasına məhkum edilmiş və Avropaya mühacir axınını “tullantıya” bənzətdiyinə görə parlamentdə iştirakından beş gün uzaqlaşdırılmışdı. Mikki 2015-ci ilin oktyabrında iclas zamanı Nazi salamı verdiyi üçün də 10 gün uzaqlaşdırma cəzası almışdı.

azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.