NATO-Rusiya əməkdaşlığı bərpa olunur? – İlk addım atıldı

4-03-2017, 06:15           

NATO rəhbərliyi 2014-cü ildən bu yana ilk dəfə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ilə əlaqə saxlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, NATO Hərbi Komitəsinin rəhbəri P.Pavel
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla telefon söhbəti aparıb.

Telefon danışığı NATO-nun təşəbbüsü ilə baş tutub.

“Bu, tərəflər arasındakı münasibətlərin dondurulmasına dair qərardan sonra ilk rəsmi təmasdır», deyə Gerasimov bildirib.

Söhbət zamanı hərbi sahədə əməkdaşlığın bərpa perspektivinə toxunulub. Gərginliyin azaldılması üçün qarşılıqlı addımların atılmasının zəruriliyi vurğulanıb.

Xatırladaq ki, Krımın ilhaqından və Ukraynanın şərqində hərbi əməliyyatların başlanmasından sonra NATO Rusiya ilə əməkdaşlığı dayandırdığını elan etmişdi.

azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.