Saakaşvilinin sevimlisinin evində - Axtarış

4-03-2017, 00:32           
Saakaşvilinin sevimlisinin evində - Axtarış
Ukrayna Baş Prokurorluğunun əməkdaşları Odessanın sabiq gömrük rəhbəri Yuliya Maruşevskayanın evinə basqın edib.

Axar.az xəbər verir ki, Y.Maruşevskayanın mənzilində axtarış aparılıb. Bu barədə məlumatı sabiq gömrük rəhbərinin özü verib:

"Xaricdə ezamiyyətdəyəm və evimdə axtarış aparılıb. Mənə qarşı cinayət işi qaldırılıb. Bildirmək istəyirəm ki, bu təzyiqlə razılaşmayacağam. İndiki hakimiyyət Yanukoviç rejiminin səhvlərini təkrarlayır".

Qeyd edək ki, Y.Maruşevskaya Odessanın sabiq qubernatoru Mixail Saakaşvili dövründə gömrük idarəsinin rəhbəri təyin edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru