Bağ evində belə tutuldular – 8 qız, 6 oğlan

4-03-2017, 06:37           

Yerli hüquq-mühafizə qüvvələri gənc qız və oğlanların bağ evlərinin birində bir araya gəlib birlikdə şənlik etməsi haqda məlumat alan kimi həmin evə basqın ediblər.
İranın Fars əyalətinin Sepidan şəhərinin Homaşəhr məntəqəsindəki bir bağ evində keçirilən gecə kampaniyasına qatılan daha 14 qız və oğlan tutulub.

Bu barədə Sepidan şəhərinin “Əmr be məruf və nəhy əz münkir” (yaxşı işlərə təşviq etmə və pis işlərdən çəkindirmə) qərargahının rəsmisi Həmzə Sediq martın 2-də jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, yerli hüquq-mühafizə qüvvələri gənc qız və oğlanların bağ evlərinin birində bir araya gəlib birlikdə şənlik etməsi haqda məlumat alan kimi həmin evə basqın ediblər: “Hüquq-mühafizə qüvvələrimiz həmin evə daxil olaraq, birlikdə əylənən və alkoqollu içkilər içərək şənlik edib birgə rəqs edən 14 gənci tutublar. Tutulanlardan 8-i qız, 6-sı isə oğlandır. Evdə yoxlama aparırarkən, 12-13 litr alkoqollu işkilər aşkarlanaraq götürülüb. Həbs edilən gənclər polis bölməsinə aparılıb və hazırda dindirilir”.
Həmzə Sediq saxlanılan qız və oğlanların adlarını mediaya açıqlamayıb.
Xatırladaq ki, bu ilin iyun ayından bu yana İranın müxtəlif şəhərlərində qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına və ad günləri mərasimlərinə edilən hücumlarda ən azı 1000-ə yaxın adam həbs edilib.türküstan.info//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.