Dolların bahalaşacağı tarix açıqlandı

4-03-2017, 07:33           

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq.

Bu barədə FED-in rəhbəri Canet Yellen bildirib.

“Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq”, deyə C.Yellen vurğulayıb.

Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib (APA).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru