ABŞ-dan Türkiyəni üzəcək Rakka açıqlaması

5-03-2017, 02:00           

ürkiyə artıq başa düşməlidir ki, Rakkanı almaq üçün Azad Suriya Ordusunun köməyi kifayət etməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefri deyib.

“Türk əsgəri ASO-nun köməyi ilə Rakkanı azad edə bilməz. Əgər Rakkanı İŞİD-dən tez bir zamanda almaq istəyirlərsə, buna daha böyük ordu lazımdır. Əməliyyatda daha çox ABŞ əsgərinin və YPG üzvünün iştirak etməsi vacibdir.

Türkiyənin YPG ilə bağlı narahatlığı başadüşüləndir. Ancaq ABŞ YPG-nin yanındadırsa, bu, o demək deyil ki, Türkiyəni yox etmək, Ərdoğan iqtidarını devirmək istəyir. ABŞ İŞİD terror təşkilatına qarşı mübarizəyə görə YPG-nin yanındadır”, - Cefri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru