Hindistanda dəhşət — İflic xəstəsini müalicə etmək üçün qız uşağını qurban kəsdilər

6-03-2017, 23:39           

Hindistanda dəhşətli hadisə qeydə alınıb


teref.az Ölkə.Az-a istinadən xəbər verir ki, üç nəfər şəxs bir falçının təlimatına əsasən iflic adamı müalicə etmək üçün 10 yaşlı qız uşağını qurban kəsdikləri üçün saxlanılıblar.

Bu barədə Hindistan polisi məlumat verib. Məlumata əsasən, iflic xəstəsinin bacısı və qardaşı uşaq qaçırmaq və öldürmək cinayətlərinə görə saxlanılıb. Falçı bacı-qardaşa cadu edildiyini və cadunu pozmaq üçün isə qız uşağını qurban kəsmək lazım olduğunu bildirib.

Qurban kəsilən qızı qaçırmağa kömək edən 17 yaşlı bir nəfər də saxlanılıb. Polis müdürü deyib: "Bu cinayətə kömək edən bir neçə nəfər var. İstintaq davam edir. Yeni həbslər ola bilər".

Cinayət qız uşağının meyitinin bir torbada tapılması ilə ortaya çıxıb. Torbada həm də cadu ayinləri üçün istifadə edilən bəzi əşyalar da tapılıb. Xəbər yayıldıqdan sonra cinayətkarların evi qarşısına kütlə yığışıb. Polis kütləni dağıtmaq üçün güc tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru